YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazda uzadılmış münaqişələr regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir

Niderlandın Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi Cənubi Qafqaz regionundan olan diplomatlar üçün treyninq proqramının iştirakçıları üçün iyulun 15-də Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində “dəyirmi masa” keçirilmişdir.

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyindən bildirmişlər ki, tədbirdə Azərbaycandan və Gürcüstandan olan gənc diplomatlar, Klingendal Beynəlxalq Əlaqələr İnstitutunun professorları, bu ölkədə fəaliyyət göstərən aparıcı diaspor təşkilatların, eləcə də Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, Niderland Krallığında yaşayan gənc azərbaycanlı mütəxəssislər və səfirliyin əməkdaşları iştirak etmişlər.

Səfirliyin müşaviri Aliyə Ağazadə tədbirdə Azərbaycanın xarici siyasətinin uğurlarından danışmışdır. O, iyulun 7-də Xarici İşlər Nazirliyində keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsinin əsas məqamlarını diqqətə çatdırmışdır. Müşavirədə Prezident İlham Əliyevin çıxışı əsasında diplomatlarımız qarşısında qoyulan məqsədlər barədə iştirakçıları məlumatlandırmış, Azərbaycan diplomatiyasının prinsipial və müstəqil olması, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artması, Azərbaycanın müsbət beynəlxalq imici və dünyada özünün etibarlı dost və tərəfdaş kimi təsdiq etməsi, uğurlu enerji siyasəti və bu xüsusda digər vacib məqamlara toxunmuşdur. Bundan əlavə, ölkənin daxili, xarici, iqtisadi, sosial inkişafı, ordu quruculuğu sahəsində düşünülmüş konseptual yanaşmaya söykənən siyasətinin uğurlarını xüsusi vurğulamışdır.

Tədbir iştirakçılarına Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar, regionların inkişafı, əsaslı quruculuq işləri, həmçinin ölkədə həyata keçirilən gənclər siyasəti və bu sahədə reallaşdırılan proqramlar haqqında ətraflı məlumat verilmişdir.

Daha sonra Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri, regiondakı münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və hazırda problemin həlli istiqamətində aparılan işlər “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, Cənubi Qafqazda uzadılmış münaqişələr regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir.

İştirakçılar sözügedən münaqişələrin beynəlxalq hüququn prinsipləri - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin rəhbər tutularaq həllinin vacibliyi vurğulanmışlar.

Maraqlı diskussiya şəraitində keçmiş “dəyirmi masa” iştirakçılarının çoxsaylı sualları cavablandırılmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

“Dəyirmi masa”nın iştirakçıları, həmçinin “YARAT” Müasir İncəsənət Məkanı ilə birlikdə iyunun 28-də və iyulun 18-də səfirlikdə təşkil olunmuş gənc azərbaycanlı fotoqraf Nəzrin Məmmədovanın əsərlərindən ibarət sərgiyə baxmışlar. Sərgi maraqla qarşılanmışdır.
Tədbirdə Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir, ziyafət verilmişdir.

DİGƏR Xəbərlər Arxiv