YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkə başçısının fərmanı Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir

«Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi çox mühüm addımdır». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dövlət başçısının fərmanı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz vətənpərvərlik nümunəsi göstərərək Milli Qəhrəman adına layiq görülmüş şəxslərin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300  manat müəyyən edilib. Onun sözlərinə görə, Milli Qəhrəmanlarımıza, bütövlükdə şəhidlərimizə  cəmiyyətdə böyük ehtiram, qayğı və diqqət göstərilir.

«Milli Qəhrəmanlarımızın adı hər bir azərbaycanlının qəlbində yaşayır. Onların göstərdikləri misilsiz şücaətlər barədə bədii əsərlər yazılıb, sənədli filmlər çəkilib. Bu gün Azərbaycanın şəhər və kəndlərində çoxlu sayda küçə, məktəb Milli Qəhrəmanlarımızın adını daşıyır. Ən əsası da odur ki, gənclərimiz, böyüməkdə olan nəsil Milli Qəhrəmanlarımızın həyat yolunu özlərinə nümunə hesab edərək onlara bənzəmək  istəyirlər. Milli Qəhrəmanlarımıza, onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının miqyası da kifayət qədər böyükdür. Prezident İllham Əliyevin  "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" bu günlərdə imzaladığı müvafiq Fərman respublikamızda Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən yüksək qayğının növbəti ifadəsidir. Fərman bir daha təsdiqləyir ki,  xalq, dövlət, Vətən üçün xüsusi xidmət göstərən insanların sosial müdafiəsinin gücləndirilməsinə Azərbaycan dövləti tərəfindən daim yüksək siyasi iradə nümayiş etdirilir»- deyə, S.Hüseynova qeyd edib.