YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Azərbaycan bu ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikib

"Azərbaycan Dəmir Yolları" QSC 2016-ci ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikib.

Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan dəmir yollarının yenilənməsi və tikintisi davam edir: "2016-ci ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikilib. Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq".

C.Qurbanov qeyd edib ki, həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində Astarada dəmir yolunun 8,3 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb.