YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Los Ancelesdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los Anceles şəhərində poçt markası buraxılıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub. Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

DİGƏR Xəbərlər Arxiv