YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: “ASAN xidmət” nümunəvi modeldir

«Davamlı inkişafın məqsədlərinə nail olunmasında insan kapitalının böyük rolu var». Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, özəl və dövlət sektorlarında sanballı institutların yaradılması, səmərəli kadrların yetişdirilməsi vacib məsələlərdir. Onun sözlərinə görə, Azərbaycanda insan kapitalı ən prioritet məsələlərdən biridir. Son illər dövlətimizin başçısının rəhbərliyi ilə bu istiqamətdə böyük islahatlar həyata keçirilir.

“ASAN xidmət” üzrə 330-dan çox xidmət göstərildiyini vurğulayan İ.Kərimov bildirib ki, indiyədək 12 milyon insan bu xidmətlərdən faydalanıb. «Mərkəz şəffaflıq, səmərəlilik, sosial məsuliyyət və komfort prinsipinə əsasən fəaliyyət göstərir. Eyni zamanda, səyyar avtobuslar vasitəsilə xidmətlər vətəndaşlara çatdırılır. Vətəndaşlar, həmçinin mobil xidmətlərdən də istifadə edə bilər, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini binanın özünə gəlmədən də əldə edirlər. “ASAN xidmət” mərkəzlərində müəyyən sənədləri bir saat ərzində əldə etmək mümkündür. Bu baxımdan “ASAN xidmət” nümunəvi modeldir. Təsadüfi deyil ki, qurum keçən il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında BMT-nin birinci mükafatına layiq görülüb»- deyə, İ.Kərimov vurğulayıb.