YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Bakı Forumu humanitariyanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilib

«XXI əsrdə yaşamağımıza baxmayaraq dünyada bir çox insan multikulturalizm modelindən uzaqdır». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, dünyada insanların hələ də elektrik enerjisindən, təhsildən təcrid vəziyyətdə, qida yoxsulluğu şəraitində yaşadığını görürük. Onun sözlərinə görə, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumlarda dünyanı narahat edən  problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə olunur.

«Azərbaycan artıq beşinci dəfədir ki, dünya ölkələri arasında multikulturalizm, tolerantlıq, humanizm baxımından mühüm arenaya çevrilib. Forum vasitəsilə Azərbaycan dünyaya multikulturalizmin, humanizmin və tolerantlığın alternativinin olmadığını nümayiş etdirib. Bütün dünyada tüğyan edən münaqişələrin, terrorizmin fonunda insanlar “gələcək qorxusu” içərisində yaşayırlar. Bu baxımdan Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, mütəxəssislərin bir araya gəlməsi beynəlxalq miqyasda insanların sülh, qardaşlıq, multikultural şəraitdə yaşamasını təbliğ etdi. Bir sözlə, Bakı Forumu dünya miqyasında böyük əhəmiyyət daşıyır və forum humanitariyanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilib»- deyə, AMEA prezidenti vurğulayıb.