YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspert: Azərbaycanda ciddi islahatlar start götürüb

«Dünya bazarında neftin qiymətinin dəyişməsindən sonra Azərbaycanda yeni ciddi islahatlar start götürüb». Bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, hazırda dövlət yönlü investisiyadan özəl sərmayəyə keçilməsi istiqamətində işlər görülür.

«Davamlı inkişafı təmin etmək üçün ölkəyə daha çox özəl investisiya lazımdır. Biz Azərbaycanın yeni strateji yol xəritəsini hazırlayır, davamlı inkişaf məqsədlərini Azərbaycan reallıqlarına uyğunlaşdıraraq müəyyən sahələr üzrə ixtisaslaşmağa çalışırıq»- deyə, V.Qasımlı qeyd edib.