YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilir

Oktyabrın 12-də Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası işə başlayıb.

İclasda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev çıxış ediblər.

Sonra Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Şuranın 2017-ci il üçün sədri seçilib.

A.Qorovoy çıxışında gündəlikdə duran məsələlər barədə məlumat verib.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arif Rəhimzadə çıxış ediblər.

İclasın gündəliyinə 18 məsələ, o cümlədən MDB-nin iştirakçısı olan dövlətlərdə miqrasiyanın vəziyyəti, “MDB-nin iştirakçısı olan dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası, MDB dövlətlərinin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və həmin məlumat bazasının Əsasnaməsinin işlənilməsi, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycan Respublikasının təcrübəsi, MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi və s. daxildir.