YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Referendum lazımi səviyyədə təşkil edilib

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) lazımi səviyyədə təşkil edilib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, aşağı seçki komissiyaları operativ şəkildə fəaliyyət göstərib və seçiciləri məlumatlandırıb: “Hər bir Azərbaycan ailəsində Konstitusiyaya dəyişikliklərin mətni var idi və hər bir ailənin Referendum Aktı ilə tanış olmaq imkanı yaranmışdı. Azərbaycan seçicisi artıq öz hüquqlarını yaxşı bilir”.

MSK sədri qeyd edib ki, ilk dəfə idi mətbuat da referendumda hər hansı xoşagəlməz hadisə qeydə almayıb: “Ümumiyyətlə, referendumda hər hansı bir qanun pozuntusu qeydə alınmayıb”.

M.Pənahov bildirib ki, polis əməkdaşlarının seçkilər zamanı asayişin təmin edilməsi istiqamətində fəaliyyəti də yüksək qiymətləndirilir.

O əlavə edib ki, Azərbaycanda seçki prosesi xeyli inkişaf edib, heç bir Avropa ölkəsindən geri qalmır.

 

DİGƏR Xəbərlər Arxiv