YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət uğurludur

«Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət uğurludur. Bu ilin birinci yarısının nəticələri bir daha belə qənaətə gəlməyə əsas verir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycanda hər il sosial müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan vəsait büdcənin təxminən 30 faizini təşkil edir. Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də Prezident təqaüdü verilir. Bundan əlavə, bu kateqoriyadan olan insanların sosial müdafiəsi üçün digər addımlar da atılır. O cümlədən, Qarabağ əlilləri avtomobil və mənzillərlə də təmin olunurlar. 

Komitə sədri qeyd edib ki, qanunvericilikdə bütövlükdə əlillərin sosial müdafiəsi üçün ciddi məsələlər nəzərdə tutulur. H.Rəcəblinin sözlərinə görə, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. O, deyib ki, bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.