YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musiqili Teatrın kollektivi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlamışdır

Azərbaycanın Əməkdar Artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlamışlar.

Məktubda daim insanlara kömək əlini uzadan, böyük mərhəmət sahibi Mehriban Əliyevanın Azərbaycanın yaradıcı insanlarına göstərdiyi diqqət və qayğıdan bəhs olunur, vurğulanır ki, Heydər Əliyev Fondunun prezidenti əvvəlcə Xanım Qafarovanı Türkiyəyə müalicəyə göndərmiş, məhz onun qayğı və şəfqəti nəticəsində aktrisa bir neçə ay yaşaya bilmişdir. Azərbaycanın birinci xanımı aktrisanın vəziyyətinin ağırlaşdığını biləndə onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş vermişdir. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişmişdir.

Xüsusi olaraq qeyd edilmişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxlamış, ən ağır məqamlarda ailənin qayğısına qalmış, dəfn mərasimi zamanı onları çətinlik çəkməyə qoymamışdır.