YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olmuşdur

Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə iyulun 14-də Dənizkənarı Milli Parkda “Sən elə bir zirvəsən” adlı bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil etmişlər.

Bir neçə saat davam edən bayram konsertində şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları ölkəmizin tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmiş, gözəl rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.