YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yunanıstanda keçirilən simpoziumda təmsil olunur

İyulun 14-də Yunanıstanın paytaxtı Afinada bu ölkənin sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Georgi Papandreonun rəhbərliyi ilə 15-ci illik Symi simpoziumu öz işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, simpoziumda Rokfeller Qardaşları Fondu, Stanford, Harvard, Temple universitetləri, Dünya Bankının vitse-prezidenti, German Marşal Fondunun vitse-prezidenti, o cümlədən Nobel mükafatçısı Məhəmməd Əl-Baradeyi ilə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də təmsil olunur.

Symi simpoziumunda indiyədək ABŞ-ın sabiq prezidenti Bill Klinton, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Baronessa Eşton, Estoniya, Bolqarıstan prezidentləri mütəmadi iştirak edirlər.

Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Georgi Papandreous Fondu arasında əməkdaşlığın perspektivi ilə bağlı ilk müzakirələr də keçiriləcəkdir.