YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roma Papası Fransiskin Azərbaycana pastoral səfəri başa çatıb

Roma Papası Fransiskin Azərbaycan Respublikasına pastoral səfəri oktyabrın 2-də başa çatıb.

Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Zati-müqəddəslərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Roma Papası Fransiski hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.