YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2117,7 milyon manat vəsait proqnozlaşdırılıb

Azərbaycanda pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2117,7 milyon manat vəsait proqnozlaşdırılıb.

AZƏRTAC bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən bildirir.

Sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,8 faiz olacaq.