YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycanda mövcud olan tolerantlıq mühiti beynəlxalq aləmdə yüksək qiymətləndirilir

«Azərbaycanda mövcud olan tolerantlıq mühiti beynəlxalq aləmdə yüksək qiymətləndirilir». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları da bu reallığı etiraf ediblər. Onun sözlərinə görə, Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslər eştirak ediblər.

«Xarici qonaqların ölkəmizlə bağlı təəssüratları çox yüksəkdir. Onlar xüsusilə Azərbaycanda mövcud olan tolerantlıq mühtini təqdir edirdilər. Bu fakt onu göstərir ki, həqiqətən də ölkəmizdəki tolerantlıq dünya ölkələri üçün bir nümunədir»- deyə, A.Badamov qeyd edib.