YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dünyanın siyasi-humanitar dialoqlar platformasıdır

“Azərbaycan dünyanın siyasi-humanitar dialoqlar platformasıdır. Məhz, V Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili mürəkkəb müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva söyləyib.

Sədaqət Vəliyeva bildirib ki, Forum həm Azərbaycan, həm də dünya ölkələri üçün siyasi-sosial və geosiyasi, eyni zamanda, humanitar aspektdən önəmlidir: “Birincisi, belə bir Forumun Azərbaycanda təşkil edilməsi onu sübut edir ki, Bakı artıq dünyanın qlobal məsələlərin müzakirə edildiyi və problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzinə çevrilib. Dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar.

İkincisi, hər dəfə Azərbaycanda keçirilən bu cür qlobal miqyaslı tədbirlərdə iştirak etmək üçün gələn qonaqlar ölkəmizin inkişafını, sosial-iqtisadi tərəqqisini əyani olaraq görürlər. Nəzərə alsaq ki, beynəlxalq tədbirlərdə iştirak edənlər ayrı-ayrı siyasi quruluşların, mədəniyyətlərin nümayəndələridir, o zaman Azərbaycanımızın birbaşa təqdimatı xüsusi hal kimi dəyərləndirilməlidir. Bu səbəbdən də cənab Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətləri və təşəbbüsləri alqışalayiqdir.

Üçüncüsü, mürəkkəb beynəlxalq münasibətlər sisteminin vəziyyətini nəzərə alanda V Beynəlxalq Humanitar Forumunun humanitar və siyasi böhranların aradan qaldırılması funksiyasına da toxunmaq lazımdır. Forum bir daha Azərbaycanın timsalında təcavüzə məruz qalan, torpaqları işğal edilmiş və bir milyondan çox qaçqın və məcburi köçkünü olan, lakin bütün bunların fonunda uğurlu inkişaf modeli ortaya qoyan, humanitar və siyasi böhranı tərəqqi prosesinə çevirən bir ölkə nümunəsini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Məhz bununla Azərbaycan bir daha bu gün Yaxın və Orta Şərqi bürüyən müharibənin nəticəsi olaraq meydana çıxan və Avropanın “baş ağrısı”na çevrilən humanitar böhrandan çıxış yollarını təqdim edir”.

“Bir sözlə, Azərbaycanın paytaxtında keçirilən V Beynəlxalq Humanitar Forum qlobal siyasi, humanitar məsələlərin müzakirə edilməsi, həlli yollarının müəyyənləşdirilməsi baxımından nə qədər əhəmiyyətli oldusa, bir o qədər də Azərbaycanın sülhsevərliyini, qonaqpərvərliyini, multikultural dəyərlərə hörmətini, ümumbəşəri ideallara sadiqliyini isbatlamış oldu”, – deyə Sədaqət Vəliyeva əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv