YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələn il elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,8 faiz olacaq

2017-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,8 faiz təşkil edəcək. Bu, cari illə müqayisədə 0,1 faiz-bənd çoxdur.

AZƏRTAC Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadla xəbər verir ki, gələn il elm xərclərinə 125,3 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2015-ci ilin icrası ilə müqayisədə 12,1 milyon manat və ya 10,7 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

2017-ci ildə elm xərclərində latın qrafikalı kitabların çap edilməsi üçün 1,4 milyon manat, müasir laboratoriya avadanlığın alınması üçün 1,9 milyon manat, maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün bir milyon manat vəsait nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv