YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa miqrant problemi ilə üzləşdikdən sonra Azərbaycanı daha yaxşı anlamağa başlayıb

Avropa ölkələri miqrant problemi ilə üzləşdikdən sonra Azərbaycanın qaçqın və məcburi köçkün problemini daha yaxşı anlayır. Bunun asan problem olmadığını görür.

Bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropa ölkələri miqrant problem qarşısında çıxılmaz vəziyyətdə qaldıqdan sonra bu barədə müzakirələr aparmağa başlayıb. Avropa ölkələrinin əksəriyyəti miqrantlara normal münasibət göstərmir. Tez-tez miqrantların öldürülməsinin, düşərgələrinin yandırılmasının şahidi oluruq.

“Bizim 24 ildə qaçqın və məcburi köçkünlərlə bağlı problemimiz olmayıb. Azərbaycanın bu məsələ ilə bağlı öz modeli var və miqrant problemi ilə üzləşən ölkələr bu modeli öyrənməyə başlayıblar. Bakı Beynəlxalq Humanitar Forumunda da Azərbaycanın qaçqınlar və məcburi köçkünlərlə bağlı atdığı addımlara maraq göstərilir. Kiçik bir ölkə olmasına baxmayaraq, bu insanların mənəviyyatına toxunmadan, insani davranışlar nümayiş etdirməklə, problemin öhdəsində necə məharətlə gəldiyi öyrənilir”, - deyə Əli Həsənov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv