YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda internet televiziyalarının fəaliyyəti qanunla tənzimlənməlidir

«Azərbaycanda internet televiziyalarının fəaliyyəti qanunla tənzimlənməlidir». Bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə mətbuatına daim diqqət və qayğı göstərir. Onun sözlərinə görə, kütləvi informasiya vasitələri dövlətin qayğısından bəhrələnirlər.

«Ölkə mediası inkişafdadır. Artıq xeyli sayda internet saytları, televiziyaları yaradılır. Amma çox təəssüflər olsun ki, dövlətin yaratdığı demokratik mühitdən sui-istifadə edənlər də var. Bəzi internet televiziyaları var ki, onların fəaliyyəti heç bir halda müsbət qiymətləndirilə bilməz. Buna misal olaraq Meydan TV-ni göstərmək olar. Bu televiziya Azərbaycan haqqında yalan məlumatlar yayır, ölkəmizin nüfuzuna xələl gətirməə çalışır, dövlətimizin başçısı barədə şər-böhtan danışır. Hesab edirəm ki, belə hallara son qoyulmalıdır. Bunun üçün isə internet televiyalarını fəaliyyəti haqqında qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir»- deyə, M.İbrahimqızı vurğulayıb.

 

    

DİGƏR Xəbərlər Arxiv