YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə əlaqədar texniki şərtlərin hazırlanmasına başlanılmışdır

“Elektron kənd təsərrüfatı” sisteminin yaradılması barədə dövlət başçısının tapşırığına əsasən Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilmiş, texniki şərtlərin hazırlanmasına başlanılmışdır.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləmişdir.

Nazir bildirmişdir ki, Avropa İttifaqının “İnteqrasiya olunmuş Nəzarət Sisteminin” (IACS) prinsiplərinə əsaslanan və 3 alt moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası və qeydiyyatı komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcəkdir. Eyni zamanda, “Aqrolizinq” ASC-nin, Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin və süni mayalanma işləri üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işlərinə başlanılmış, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilmişdir.