YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin keçmiş meri ilə görüşmüşdür

Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərin keçmiş meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşənlə görüşmüşdür.

Bernar Broşən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı növbəti dəfə Kannda görməyindən böyük məmnunluq hissi duyduğunu vurğulamış, bu il yenidən təşkil olunan Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətini qeyd etmiş, onun ötən ilki kimi yüksək səviyyədə keçdiyini bildirmişdir.

Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini təqdir edən Bernar Broşən fond tərəfindən Fransanın müxtəlif region və şəhərlərində keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bernar Broşənin Kannda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı ənənənin formalaşmasındakı rolunu yüksək qiymətləndirmişdir.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.