YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Referendumun nəticəsi ölkə əhalisinin Prezident İlham Əliyevin siyasətinə dəstək verdiyini təsdiq edir

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun nəticələri ölkə əhalisinin Prezident İlham Əliyevin siyasətinə böyük dəstək verdiyini təsdiq edir.

Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, insanlar Prezidentə inanırlar ki, təklif edilən dəyişikliklər düzgündür və Azərbaycanın rifahına xidmət edəcək. Bu, referendumun belə aşkar uğurunun əsas səbəbidir.

S.Markov qeyd edib ki, konstitusiyaya dəyişikliklər üzrə təklif siyasi sistemin davamlılığını artırmaq üçün verilib.