YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkəmizin təhlükəsizliyinə, sabitliyinə və əmin-amanlığına böyük töhfələr verəcək

«Azərbaycan Konstiutsiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendumun uğurla başa çatması bütövlükdə xalqımızın və dövlətimizin böyük uğurudur». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev zamanın tələbinə uyğun olaraq Konstitusiya islahatları ilə bağlı təşəbbüs irəli sürdü. Onun sözlərinə görə, bütün xalqımız dövlət başçısının bu təşəbbüsünü böyük məmnuniyyətlə dəstəklədi.

«Biz «Yeni Azərbaycan» təşviqat qrupunun təmsilçiləri olaraq seçicilərlə çoxsaylı görüşlər keçirdik. Bu görüşlərdə insanlar  referendumun nə qədər əhəmiyyətli olduğunu vurğulayırdılar. Görürən odur ki, Konstitusiya islahatları cəmiyətimizin gözləntisi idi. Hamımıza məlumdur ki, dünyada mürəkkəb proseslər baş verir. Müəyyən beynəlxalq güclər ölkələrin daxili işlərinə qarışır, milli dövlətləri məhv etmək üçün məkrli planlar həyata keçirməyə çalışırlar. Bu baxımdan, ölkəmizə qarşı da bəzi xarici dairələr təzyiq göstərməyə çalışır, dövlətimizi zəiflətmək istəyirlər. Amma Prezident İlham Əliyev bu təzyiqlərə layiqli cavab verir və dəfələrlə bəyan edib ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz. Beləliklə, Konstitusiya islahatları dövlətimizin daha da güclənməsinə,  siyasi sistemin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatının daha da möhkəmləndirilməsinə xidmət edir. Əminik ki, bu islahatlar dövlətimizin gücünə güc qatacaq,  gələcək hədəflərə çatmaq üçün yeni üfüqlər açacaq. Bir sözlə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkəmizin təhlükəsizliyinə, sabitliyinə və  əmin-amanlığına böyük töhfələr  verəcək»- deyə, M.İbrahimqızı vurğulayıb.