YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İqtisadi inkişaf güclü sosial siyasəti şərtləndirən əsas amillərdən biridir

«Əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə dünya dövlətləri arasında özünəməxsus yer tutur. Onun sözlərinə görə, iqtisadi inkişaf güclü sosial siyasəti şərtləndirən əsas amillərdən biridir. 

«Bu gün respublikamızın bütün guşələrində abadlıq və quruculuq işləri böyük vüsət alıb. Azərbaycan günü-gündən müasirləşir, modernləşir və yeni-yeni uğurlara imza atır. Təbii ki, uğurların qazanılmasında Azərbaycan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarının da xüsusi rolu var. Çünki həyata keçirilən bütün işlər mükəmməl hüquqi bazaya söykənir»- deyə, komitə sədrinin müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv