YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır

Biz bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə xüsusi diqqət göstərmişik. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində demişdir.

Dövlətimizin başçısı ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlərin həm praktiki, həm də gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələ olduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev demişdir ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.