YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişafı yolları müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunaraq, xüsusilə enerji sektorunda mövcud uğurlu əməkdaşlığın kəsb etdiyi əhəmiyyət qeyd olunub.

Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyillərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və regional enerji layihələri ətrafında müzakirələr aparılıb.