YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun Yenikənd kəndində seçicilərlə görüş keçirilib

Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun Yenikənd kəndində seçicilərlə görüş keçirilib. 

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə Referendum-ümumxalq səsverməsi keçiriləcək: "Prezident  İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir.Məhz bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir. Ona görə də inamla deyə bilərik ki, Kürdəmir seçiciləri də birmənalı olaraq bu mühüm siyasi kampaniyada aktivlik nümayiş etdirərək, seçki günü dəyişikliklərə səs verəcək".

Görüşdə millət vəkili Elman Nəsirov çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. O, Azərbaycan Konstitusiyasının 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətinin meydana gəldiyini diqqətə çatdırıb: "Dünyada siyasi –iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir. Bu dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar".

Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodika Mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov çıxış edərək vurğulayıb ki, Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır: "Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması yolunda kifayət qədər uğurlar əldə edib. Məhz irəli sürülən təkliflər bundan sonrakı dövrdə iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi niyyətini əks etdirir. Eyni zamanda, Konstitusiya islahatlarında sahibkarların dövlət tərəfindən müdafiəsini təmin etmək də bir prinsip kimi irəli sürülüb.Gənclərin potensial imkanlarından səmərəli istifadəyə xidmət edən əlavə və dəyişikliklər təqdirəlayiqdir".

Seçicilərdən Elza Abdullayeva, Xasay Azayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini qeyd edərək sentyabrın 26-da seçki məntəqələrinə gedərək bunu bir daha nümayiş etdirəcəklərini və Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.