YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Efiopiya Şahmat Federasiyasının prezidenti: Azərbaycan dünyanın aparıcı idman mərkəzinə çevrilib

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmiş Efiopiya milli komandası ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev ölkəmizin hər bir sahədə, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, Azərbaycanda müasir tələblərə cavab verən idman komplekslərinin inşa edildiyini söyləyib. Bakının ilk Avropa Oyunları, “Formula-1” Avropa Qran-Prisi, Ümumdünya Şahmat Olimpiadası kimi dünya miqyaslı yarışlara ev sahibliyi etdiyi, 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi bildirilib. Səfər bu böyük nailiyyətlərin əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolunu vurğulayıb.

Efiopiya Şahmat Federasiyasının prezidenti Tsedeke Yehune Azərbaycan Respublikasını belə mötəbər tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təbrik edib. O, Bakıda olduğu zamanı Efiopiya milli komandasına göstərilmiş diqqət və qayğıya görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Tsedeke Yehune mötəbər idman yarışlarına ev sahibliyi etməklə Azərbaycanın dünyanın aparıcı idman mərkəzinə çevrildiyini qeyd edib.

Tədbirdə, həmçinin Efiopiya milli komandasının rəhbəri və üzvləri çıxış edərək ölkəmizin inkişafını, mədəniyyətini və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Görüş Efiopiyanın aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılıb.