YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası keçirilmişdir

Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətimizin təmsil olunduğu iclasdan əvvəl nümayəndə heyətimiz Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsi üzrə əməkdaşlığın real nəticələri və perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılmışdır.

İclası giriş sözü ilə açan Türkiyə Baş nazirinin müavini, komissiyanın həmsədri Beşir Atalay nümayəndə heyətimizi səmimiyyətlə salamlayaraq Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 6-cı iclasından bəri görülən işlərdən bəhs etmişdir.

Çıxışlarda TANAP və TAP nəqletmə və PETKİM istehsal layihələrinin beynəlxalq iqtisadiyyatın inkişafında və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışılmış, ölkələrimiz arasında hərtərəfli əlaqələrin dinamikasında artım tempinin qorunmasının əhəmiyyəti qeyd olunmuş, iqtisadi göstəricilər barədə məlumat verilmişdir.

Açılış mərasimindən sonra tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət, qarşılıqlı sərmayə, elm-sənaye və texnologiyalar, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət və turizm, əmək və sosial müdafiə, ətraf mühit və şəhərsalma, meşə təsərrüfatı, təhsil, səhiyyə, gənclər və idman sahələri üzrə əlaqələrin daha da genişləndilməsi ilə bağlı müzakirələri davam etdirmişlər.

İyulun 11-də Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının protokolu imzalanacaqdır.