YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Azərbaycanın xarici siyasətinin əsas istiqamətini işğal altındakı torpaqlarımızın azad edilməsi təşkil edir

«Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verir. Bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsi əhəmiyyətlidir». Bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verir. Onun sözlərinə görə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

«Regionda stabilliyin və davamlı inkişafın təmin olunmasına başlıca maneə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğal edilməsidir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətini işğal altındakı torpaqlarımızın azad edilməsi təşkil edir»- deyə, nazir müavini qeyd edib.