YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Britaniya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını arzulayır

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu görmək istərdi. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Böyük Britaniyanın energetika naziri Maykl Fellon deyib.

O, qeyd edib: "Biz bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupuna daxil deyilik, lakin şübhəsiz ki, bu münaqişənin həll olunduğunu görmək istərdik".