YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: İnsanların Referendum Aktına münasibəti olduqca müsbətdir

«Bu gün xalqla Prezidentimizin birliyi çox sıxdır, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, qəbul etdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Bu mənada əhali dövlət başçısının ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təşəbbüsünü də dəstəkləyir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, insanların referendum aktına münasibəti olduqca müsbətdir. Biz seçicilərlə görüşlərimizdə bunun əyani şahidi oluruq.

«Xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti, verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Referendum aktı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu amil vətəndaşların konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməsini şərtləndirir. Görüşlərimiz zamanı da insanlar bu məqamı vurğulayırlar ki, dövlət başçısı İlham Əliyevdən gələn bütün təşəbbüsləri müdafiə edirik. Onlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək referendum aktına səs verəcəklərini bildirirlər.    Bununla belə, «Yeni Azərbaycan» təşviqat qrupu üzərinə düşən vəzifəni yerinə yetirərək konstitusiya islahatlarının mahiyyətini insanlara izah edir, onları referendum günü fəal olmağa çağırır. Çünki bəzi müxalifət qüvvələri bu islahatların əleyhinə təbliğat aparırlar. Düşünürəm ki, bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. İnanıram ki,  seçicilər yüksək səs çoxluğu ilə referendum aktını dəstəkləyəcəklər»- deyə, M.Xəlilov qeyd edib.