YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan dövləti daha da güclənməkdədir, öz qüdrətini artırmaqdadır

«Bu il biz dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Tarix üçün 25 il çox qısa zamandır. Biz qloballasma fonunda dünyada və regionda gedən proseslərə nəzər salsaq və bunları ölkəmizdə əldə olunan uğurlarla müqayisə etsək, görülən işlərin möhtəşəmliyini bir daha dərk etmiş olarıq». Bu fikirləri YAP Siypasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bütün bu uğurlar müasir dövlətimizin qurucusu, Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətləridir.

«Digər tərəfdən dünyada gedən qlobal təhlükələr, etnik qarşıdurmalar, terrorizm, gündən-günə artan  irqi-ayrı-seçkilik, siyasi, iqtisadi və humanitar böhranlar  yaşadığımız  dünyanın   iqtisadi, siyasi və humanitar  mühitinin  mürəkkəb xəritəsi göz önündədir.  Ölkəmizin 20 ildən artıq müddətdə üzləşdiyi işğal faktorunu  da  nəzərə alsaq, bizim regionda da durumun elə də asan olmadığının şahidi oluruq. Bununla belə, düzgün siyasət nəticəsində Azərbaycan dövləti daha da güclənməkdədir, öz qüdrətini artırmaqdadır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.