YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Konstitusiyaya ediləcək dəyişikliklərlə torpaq mülkiyyəti məsələsində problemlər həllini tapacaq

«Bu gün ölkənin davamlı inkişafının təmini baxımından bir sıra məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib. Amma təəssüflə qeyd etməliyik ki, elə fermerlər var ki, bu torpaqlardan heç bir formada istifadə etmir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Ona görə aqrar sahədə əsas bütün diqqət həm də ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.

«Referendum Aktının layihəsinə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Konstitusiya islahatından sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil ediləcək. Bu bir çox ölkələrdə  tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir»- deyə, T.Rzayev qeyd edib.