YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kann şəhərinin meri ilə görüşmüşdür

İyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnard ilə görüşmüşdür.

Mer Devid Lisnard artıq ikinci ildir ki, Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirmiş, ötən ildəkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini söyləmişdir. Mer qeyd etmişdir ki, bu da Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən məmnun olduğunu bildirmişdir.
Builki proqramda idmanla bağlı tədbirlərə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa Oyunlarının Bakıda keçiriləcəyi ilə əlaqədar olduğunu diqqətə çatdırmışdır.

Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılmışdır.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.