YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» təşviqat qrupunun təmsilçilərinin Horadiz qəsəbəsində Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib

Sentyabrın 5-də Horadiz qəsəbəsində referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Füzuli rayon  təşkilatının sədri Almaz Həşimova bildirdi ki, ana qanunumuza dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır. Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması və oturuşmuş sistemə çevrilməsi yolunda əhəmiyyətli məsafəni artıq qət edib. Eyni fikirləri siyasi azadlıqlar sahəsinə aid olan dəyişikliklərə də şamil etmək mümkündür. Məhz bu səbəblərdən də demək olar ki, bu dəyişikliklər və əlavələr Azərbaycan xalqının sosial- rifahının yüksəlməsi və dövlətimizin daha da qüdrətlənməsi üçün lazımdır.

Görüşdə çıxış edən Milli Məclisin deputatı,  referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi  Şahin İsmayılov Konstitusiyaya ediləcək dəyişikliklərin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirdi. Onun fikrincə, dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətə çevrilir: «Yeni dövr dəyişikliklər tələb edir. Ona görə də zərurətdən irəli gələrək bəzən Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsinə ehtiyac yaranır. Düşünürəm ki, ümumxalq səsverməsində vətəndaşlar bu dəyişikliyə «hə» deyəcəklər».

Tədbirdə çıxış edən seçicilər də Referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və onu dəstəklədiklərini bildirdilər.