YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR-ın Gürcüstandakı Kiziki neft bazasının tikintisinin birinci mərhələsi üzrə işlər başa çatmaq üzrədir

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Gürcüstana səfər çərçivəsində “SOCAR Georgia Petroleum” törəmə müəssisəsinin Kiziki neft bazasının tikintisinə baş çəkib, burada aparılan inşaat işləri ilə tanış olub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin Gürcüstandakı neft məhsulları dövriyyəsinin artırılması, məhsulların qəbulu, saxlanılması və yola salınması işinin daha effektli qurulması məqsədilə Tbilisi şəhəri əhatəsində belə bir neft bazasının tikilməsinə ehtiyac yaranıb. Ümumi sahəsi 44 min 492 kvadratmetr olan bu obyektdə 7 adda neft məhsullarının saxlanılması üçün 22 sıxılmış qaz həcmlərinin saxlanılması üçün 20 rezervuarın, 2 dəmir yolu xəttinin və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub. Tikinti mərhələli şəkildə həyata keçirilir. Artıq birinci mərhələdə yaradılması planlaşdırılan obyektlərin inşası başa çatmaq üzrədir.

R.Abdullayev görülən işlərlə tanış olub, inşaatın gedişinin qənaətləndirici olduğunu söyləyib, aidiyyəti qurum və şəxslərə konkret tapşırıqlar verib.