YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində Hacıqabulda görüş keçirib

Hacıqabul rayonunda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Hacıqabul rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib. Bununla bağlı rayonda partiya fəallarının iştirakı ilə geniş tədbir keçirilib.

YAP Hacıqabul rayon təşkilatının sədr müavini İbrahim İbrahimov tədbiri açaraq referenduma çıxarılan Konstitusiya dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat verib.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Azərbaycan Konstitusiyasında sentyabrın 26-a təyin edilmiş referendumda dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır: “Biz istərdik ki, sentyabrın 26-da Azərbaycanda keçiriləcək Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun apardığı təşviqat nəticəsində insanlar məntəqələrə gəlsinlər və ümumxalq səsverməsində fəal iştirak etsinlər. Bildiyiniz kimi ölkəmiz qlobal dünyaya inteqrasiya edir. Bu istiqamətdə Azərbaycanda bütün sferalarda gedən inkişafı görür və hiss edirik. Ümumiyyətlə, bütün texniki və digər sahələrdə bu cür inkişaf, modernləşmə gedir. Ona görə də Azərbaycan Respublikasının Konstitusiyasında aparılan dəyişiklikləri, edilən əlavələri təbii hesab etmək lazımdır. Vaxt var idi ki, ümumiyyətlə, bizdə nəinki internet, heç internet anlayışı belə yox idi. Amma bu gün həm internet anlayışı, həm də internet resursları mövcuddur. Ölkə inkişaf etdikcə cəmiyyət dəyişməyə meyl göstərir və bunun məntiqi nəticəsi olaraq qanunlarda dəyişikliklərin qaçılmaz olur”.

B.Quliyev əlavə edib ki, qanunlara dəyişiklik zərurətdən irəli gəlir: “Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir. Eyni zamanda referendum idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik yalnız Azərbaycana uğur gətirəcək. Həm də yeni dəyişikliklərlə vitse-prezidentlik institutunun təməli qoyulacaq, yeni idarəçilik sistemi yaranacaq”.

Görüş iştirakçılarından Navahı bələdiyyəsi YAP ilk partiya təşkilatının sədri Hüseyn İsmayılov, Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.