YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» təşviqat qrupu Saatlıda Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüş keçirib

Sentyabrın 5-də Saatlı rayonunda referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Saatlı rayon  təşkilatının sədri Lütvəli Şıxəliyev bildirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən deyə bilərik ki, Konstitusiyaya dəyişiklik və əlavələr zərurətdən yaranır. Bu gün Azərbaycan  dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları  bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcək. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib.

Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, akademik Əhliman Əmraslanov çıxış edərək bildirdi ki, 1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu ildə keçirilən referendumlarla ona əlavə və dəyişikliklər edilib. Konstitusiya dünyanın heç bir ölkəsində doqma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi və idarətetməni daha çevikləşdirmə ilə bağlıdır».

 Ə. Əmiraslanov bildirdi ki,  dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir: «Hələ ilin əvvəlində prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Ona görə də Konstitusiyaya dəyişikliklərini ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır».

Tədbirdə çıxış edən seçicilər də Referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və onu dəstəklədiklərini bildirdilər.