YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR avqustda 12,5 min metrdən çox qazma işi həyata keçirib

Avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 min 567 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu sahədə görülmüş işlərin 12 min 484 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 74 min 248 metr qazma işi görülüb ki, bunun da 72 min 948 metri istismara, 1300 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, avqust ayı ərzində 4 quyu qazmadan alınıb, ilin əvvəlindən isə 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.