YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Bu gün “ADA” Universiteti və Qlobal Biznes və Texnologiya Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər” mövzusunda XVI beynəlxalq konfrans işə başlamışdır.

“ADA” Universitetində keçirilən konfransa 40-dan artıq ölkədən 175 nümayəndə qatılmışdır. İştirakçılar mədəni müxtəlifliyə, iqtisadi, texnoloji, sosial, hüquqi məsələlərə, sənaye və digər təşkilatların idarə edilməsində qarşıya çıxan problemlərə dair elmi məqalələrini təqdim edəcəklər.

Konfransın təşkilatçıları arasında “ADA” Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya Respublikası, Tayland, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da vardır.