YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilmişdir

İyulun 8-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlamışdır. 

Konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, “BMESU” Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir.

Konfransda 14 ölkədən 25-dən çox alim və mütəxəssis iştirak edir.
Konfransı açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət anlayışının artıq cəmiyyətin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilərək bütün sahələrdə öz gücünü göstərdiyini bildirmişdir.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Moskvada UNESCO Bürosunun Azərbaycan, Belarus, Moldova, Rusiya Federasiyanın mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Federasiyasından Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov konfransın əhəmiyyətini, aktuallığını vurğulamış və tədbir iştirakçılarına uğurlar arzulamışlar.

Çıxışlarda konfransın mövzusu ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilmişdir. Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə elə böyük təhsil, mədəniyyət proqramları həyata keçirilir ki, onlarsız davamlı inkişafa nail olmaq mümkün deyildir.

İyulun 9-da başa çatacaq konfrans öz işini plenar iclaslarla davam etdirmişdir.