YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mayın əvvəlində Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə görüş keçiriləcək

Mayın əvvəlində Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə görüş keçiriləcək.

Bu barədə Gürcüstan XİN rəhbərinin birinci müavini David Zalkaniani bəyan edib. /Trend/

Onun sözlərinə görə, sammitdə Gürcüstan ali hakimiyyəti təmsil olunacaq və onun çərçivəsində prezidentlərlə, baş nazirlərlə və icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçiriləcək: "Sammit çərçivəsində təbii ki, bu ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Hər iki ölkə bizim üçün vacibdir. Bizdə maraqlı enerji və infrastruktur layihələr var və həmin mövzular görüşdə əsas mövzulardan biri olacaq".

Görüş üçtərəfli formatda keçiriləcək. Bu formatda artıq XİN rəhbərlərinin iki görüşü və üç ölkənin liderlərinin bir görüşü keçirilib.