YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük önəm verir

«Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına böyük önəm verir. Gənclərlə bağlı layihələr də gənclərin inkişafına xidmət edir.  “Yay məktəbi” kimi layihələr vasitəsilə gənclərin potensialı, bacarıqları üzə çıxarılır». Bu fikirləri YAP İcra katibinin üavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, gənc siyasətçilərin formalaşmasında da bu tipli layihələr vacib rol oynayır. Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP İcra katibinin müavini partiyamızın bu siyasətin reallaşmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.

«YAP İdarə Heyətinin qərarı ilə partiyanın Gənclər, İdman və Mədəniyyət məsələləri komissiyası yaradılıb. Bu komissiya da gənclərlə iş istiqamətində müxtəlif layihələr hazırlayaraq həyat keçirəcək. Bununla da, bizim gənclərlə bağlı siyasətimiz daha da genişlənmiş olacaq. Hesab edirəm ki, gənclər bu yöndə görülən işlərdə fəal iştirak etməlidir. Bu mənada, «Yay məktəbi»ində iştirak edəcək gənclərə uğurlar arzulayıram. Onlar layihə çərçivəsində proqrama uyğun olaraq müxtəlif seminarlar, təlimlər, disskusiyalar təşkil edəcək, eyni zamanda asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Bütün bu proseslərdə fəal iştirak etməklə yanaşı gənclər intizamlı olmalıdır. Çünki partiyamızda nizam-intizam məsələlərinə ciddi diqqət yetirilir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.