YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin «Yay məktəbi» Lerikdə

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinə start verilib.

“Yay məktəbi”nin iyulun 6-dan başlamış I tur çərçivəsində 100-ə yaxın  fəal gənc  Lerik  rayonundadır. İyulun 6-da  «Yay məktəbi»nin açılışı olub. YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin  rəhbərlik etdiyi qrup öncə rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı  ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, eyni zamanda Heydər Əliyev Mərkəzində olublar.

«Yay məktəbi»nin növbəti günündə «Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu» mövzusunda seminar keçirilib.

Diskussiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar da cavablandırılıb.  Sonra  gənclər arasında müxtəlif idman yarışları keçirilib.