YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinə start verilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  “Yay məktəbi” layihəsinə start verilib. Bununla bağlı iyulun 5-də YAP Mərkzəi Aparatında toplantı keçirilib.

Toplantıda  çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hər il həyata keçirilən “Yay məktəbi” layihəsinin məqsədinin gənclərin biliklərinin möhkəmləndirilməsi, istirahətinin səmərəli təşkili olduğunu qeyd edib. Onun sözlərinə görə, bu il “Yay məktəbi” layihəsi daha da geniş şəkildə təşkil olunacaq. «Belə ki, iyulun 6-dan başlayaraq 800 gənc 6 mərhələdə Lerik və Oğuzda “Yay məktəbi”ndə iştirak edəcək. Burada Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də iştirak edəcək. Layihə çərçivəsində nəzərdə tutulmuş proqrama görə, gənclərin ictimai-siyasi şəxslər və region gəncləri ilə görüşləri, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər və s. təşkil olunacaq. Layihənin icrası partiyanın rəhbər şəxslərinin nəzarətində olacaq. Ancaq “Yay məktəbi”ndə əsas iş gənclərə həvalə olunub”- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Daha sonra tədbir  iştirakçılarına layihənin proqramı haqqında məlumatlar verilib. 

DİGƏR Xəbərlər Arxiv