YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu aparılacaq

Azərbaycan Nazirlər Kabineti "Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası"nı təsdiqləyib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, səyahət sənədi blanklarının sifariş edilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. DMX hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş səyahət sənədi blankları barədə hesabatı həmin nazirliyə təqdim edir.

Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla uçotu aparılır.

Səyahət sənədi blanklarının cırılmasına, ləkələnməsinə və üzərində düzəlişlərin aparılmasına yol verilmir.

NK Maliyyə Nazirliyinə səyahət sənədi blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etməyi də tapşırıb.