YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qulam İsakzai: Davamlı İnkişaf Məqsədləri dövlət orqanları, vətəndaş cəmiyyəti ilə işləmək üçün əlverişli platformadır

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşündə Ombudsman təsisatı ilə gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Görüşdə BMT-nin rezident əlaqələndiricisinə Ombudsman təsisatının yaradılması, Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandatına uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti haqqında məlumat verilib, eyni zamanda, təsisatın milli insan hüquqları institutu, habelə Milli Preventiv Mexanizm vəzifələrini yerinə yetirdiyi bildirilib. Ombudsmanın təşəbbüsləri ilə bağlı ölkəmizdə milli insan hüquqları gününün, Milli Fəaliyyət Planının və Milli Fəaliyyət Proqramının ölkə Prezidenti tərəfindən təsdiq olunduğu diqqətə çatdırılıb.

Müvəkkil, həmçinin BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli fəaliyyət planının hazırlanması və milli prioritet sahələrin müəyyən edilməsi ilə bağlı təkliflə çıxış etdiyini bildirib.

Qulam İshaqzai müvəkkilin fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. O, bu yaxınlarda Azərbaycan hökuməti və BMT arasında növbəti beş illik üzrə tərəfdaşlıq çərçivəsinin təsdiq edildiyini söyləyib.

Davamlı İnkişaf Məqsədlərinə toxunan qonaq milli prioritet sahələrin müəyyən edilməsi, həmçinin milli səviyyədə sənədin təbliği məqsədilə müvafiq dövlət qurumları, xüsusilə Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. O deyib ki, Davamlı İnkişaf Məqsədləri fərqli qurumlar - dövlət orqanları, vətəndaş cəmiyyəti, media ilə işləmək üçün əlverişli platformadır. Rezident əlaqələndirici sözügedən istiqamətdə cəmiyyətin maarifləndirilməsi üçün müvəkkil tərəfindən keçirilən ictimai dinləmələrin gözəl vasitə olduğunu bildirib.

Q.İshaqzai Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha qeyd edib.