YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Türkiyədəki layihələrimizi həyata keçirməkdə davam edəcəyik

Türkiyə hökumətinə, xalqın iradəsinə, iqtisadiyyatına və sabitliyinə inamımız hər zaman olduğu kimi tamdır.

Bu sözləri Anadolu Agentliyinə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Türkiyəyə inamın tam olduğunu, bu ölkədəki bütün sərmayə qoyuluşu və layihələrin sürətlə davam etdiriləcəyini deyən R.Abdullayev bildirib: “Türkiyədə ümumi dəyəri 18 milyard dolları ötən və Avropanın enerjiyə olan tələbatının ödənilməsinə istiqamətlənən layihələrimiz tam gücü və sürətlə davam edəcək. “Star” neft emal zavodu 2018-ci ildə fəaliyyətə başlayacaq. Egey dənizi bölgəsinin ən böyük konteyner limanı yaxın zamanlarda istifadəyə veriləcək. “Petkim”dəki fəaliyyətimiz isə Türkiyəyə və iqtisadiyyatına olan etibarımızın simvoludur. SOCAR Türkiyədə birbaşa və dolayı olaraq, 40 min nəfərlik ailəni təmsil edir. Türkiyə bizim evimizdir. Bu günə qədər olduğu kimi, bundan sonra da Türkiyədəki investisiyalarımız artmaqda davam edəcək”.

 

 

DİGƏR Xəbərlər Arxiv